Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manqole adası
Manqole adası (ind. Pulau Mangole) — İndoneziya ərazisinə daxil olan ada. Sula adaları qrupunun ən böyük adasıdır. Qrupda öz növbəsində Molukk adalarına daxildir. Adadan şərqdə Taliabu adası, güzeydə isə Sanana adası yerləşir. 2010-cu il siyahıya alınmasına əsasən adada 36323 nəfər yaşayırdı. İqtisadiyyatının əsasını meşə sənayesi təşkil edir.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Joze Marsole
Joze Marsole (d. 20 noyabr 1973) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Joze Marsole, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Simon Minyole
Simon Minyole (nid. Simon Luc Hildebert Mignolet; 6 mart 1988[…], Sent-Trüden, Flamand regionu[d]) — Belçikalı qapıçı. Brügge klubunda oynayır. Karyerasına Sent-Trüyden klubunda başlamış, daha sonra Sanderlend və Liverpulda forma geyinmişdir.
Yomi Bankole
Yomi Bankole (7 yanvar 1960 — 29 yanvar 2012) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yomi Bankole Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Yomi Bankole Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Anholt adası
Anholt adası (dan. Anholt) — Kattegat boğazında, Danimarkaya məxsus olan ada. Adanın sahəsi 22,37 km², əhalisi isə 167 nəfər təşkil edir (2009). Qreno şəhəri arasında bərə fəaliyyət göstərir. 2007-ci ildən Norddyurs kommunasına daxil edilmişdir. == Coğrafiyası == Adanın şimalı Şimali Avropanın ən böyük səhrası ilə məşhurdur. Burada dyunları görmək olur. Bu hissəsə mayak fəaliyyət göstərir. Danimarka ərazisində ən böyük suiti koloniyası burada məskunlaşmışdır. == Tarixi == 1808–1814-cü illər ərzində ada Böyük Britaniyanın işğalı altında olmuşdur.
Manoel adası
Manoel (malta Il-Gżira Manoel) — Malta arxipelaqına daxil olan ada. Aralıq dənizinin suları ilə əhatələnir. Valletta və Qzira şəhərləri arasında qərarlaşır. İnzibati olaraq Gzira bələdiyyəsinə aiddir. == Coğrafiyası == Manoel adası düz, yüksək, bir ağacın yarpağına bənzəyir. Marsamxett limanının mərkəzində, Lazaretto körfəzinin şimalında və Sliema körfəzinin cənubunda yerləşir. Manoel Malta adasına körpü ilə bağlanır. Bütün adanı paytaxt Valletta bastionlarından görmək olar. == Tarixi == 1570-ci ildə ada Mdina kafedral başçısı tərəfindən alındı, Malta yepiskopunun mülkünə çevrildi. Buna görə l'Isola del Vescovo (malta Il-Gżira tal-Isqof) adı verildi.
Manolo Blanik
Manolo Blanik (isp. Manolo Blahnik; 27 noyabr 1942) — ispan ayaqqabı dizayneri və eyniadlı şirkətin təsisçisi. == Bioqrafiyası == Blanik ailəsinin banan əkdiyi Kanar adalarında, İspan və Çex ailəsində anadan olmuşdur. 1965-ci ildə Cenevrə Universitetini bitirmişdir, burada hüquq və ədəbiyyat öyrənmiş, dizaynı öyrənmək üçün isə Parisə köçmüşdür. 1970-ci ildə Londona köçmüşdür. Vogue Italia jurnalında bir ayaqqabı sütununa rəhbərlik etdi. Eskizlərini görən Diana Vriland, gəncə vaxt itirməməyi və ayaqqabı dizaynı ilə məşğul olmağı tövsiyə etdi. Üç il sonra, Çelsi şəhərində Zapata mağazasını satın alaraq ilk mağazasını açmışdır. 1979-cu ildə Blanik Nyu-Yorkdakı Medison prospektində bir butik açaraq Perri Ellis və Calvin Klein ilə əməkdaşlıq etməyə başlamışdır. 1990-cı illərdə Con Qalyano və İv Sen Loran ilə birlikdə çalışaraq şöhrət qazanmışdır.
Aqustin Pio Barrios Manqore
Aqustin Pio Barrios Manqore (isp. Agustín Pío Barrios Mangoré; 5 may 1885[…], San-Xuan-Bautista[d] – 7 avqust 1944, San Salvador) ― Paraqvay klassik gitaraçı və bəstəkarı. Barrios Avropa məkanında məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır. Mütəxəssislər onu Andres Seqoviy və Nikkolo Paqanini ilə müqayisə edirlər. 1913―1929-cu illərdə o bir sıra ifa yazıları etmişdir. Barriosun irsi gitara üçün üç yüzdən çox əsəri təşkil edir, onların bir çoxu indiyə qədər nəşr edilməmişdir. Müasir gitaraçıların repertuarlarına onun «kafedral məbəd» süitası(isp. La Catedral), valsları, prelyudiları, variasiyaları və digər əsərləri daxildir.