Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mulanje (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. Mulane mahalında 525,429 nəfər yaşayır.
Melanj maddəsi
=== Ümumi xarakteristika === Melanj - raket yanacağlarıının oksidləşdirici komponentidir və son dərəcə ekoloji təhlükəli, yüksək aqressiv və toksiki kimyəvi maddədir. Qatılaşdırılmış azot turşusunda həll olunmuş 22 % nitrat oksidindən ibarətdir, üzvi və yanan maddələrlə əlaqədə olaraq alışmağa və partlayışa gətirib çıxarır. Nitrat turşusunun və nitrat oksidinin raket mühərrikinin kommunikasıyasına, korroziyadan qorumaq məqsədilə yod və ftor tərkibli inhibitorlar əlavə olunur. Oksidləşdirici komponentin insan orqanizminə təsiri - dəriyə və selikli qişaya düşərsə ağır kimyəvi yanığa gətirib çıxarır, eləcədə nəfəs yollarına təsir etdikdə iltihabi proseslərə, hətta ciyərlərin toksiki şişkinliyinə də gətirib çıxara bilər. Nitrat turşusunun əsasında oksidləşdirici komponentlər qiqroskopik və tərkibində 65% reaksiyaya qabilliyyətli oksigen olan yüksək təsirli zəhərli maddələrdir. Bu komponentlərin fiziki xassələri tərkiblərində nitrat oksidlərinin və suyun olması ilə təyin edilir. Əsas xassələri açıq sarıdan qonur rəngə qədər, sıxlığı 15,60C şəraitində 1,511-1,575q/sm3 - , qaynama temperaturu – 66-860C. Hal-hazırda məlumdur ki, melanjin utilizasiyası 2 istiqamətdə aparılır: Ləğv etmə (yandırma yolu ilə) bu üsul iqdiqadi və ekoloji səbəblərdən sənaye miqyasda reallaşa bilməz Melanjin neytrallaşması üsulu ilə texniki təyinatlı məhsulun alınması Melanjın utilizasiyası nəticəsində alınan, xalq təsərrufatı sahəsində istifadə oluna bilən məhsul , geniş və maraqlı perspektivlərə səbəb olur. Мельников Н.Н., Новожилов К.В., Пылова Т.Н. Химические средства защиты растений. Справочник, М.1980, с.255-56 Pashkov, V.İ.Kuzmin, Yu.S.Filatov, S.G.Bogdanov. Утилизация некондиционных окислителей ракетного топлива.
Məlayer
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Məlayer şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.