Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meliorizm
Meliorizm (kökü lat. melior sözüdür, "yaxşı" məna verən bonus sözünün müqayisə dərəcəsi) — metafizika nəzəriyyəsi, ona əsasən, tərəqqi dünyanı təkmilləşdirilməyə aparacaq real anlayışdır. Onun konsepsiyasına görə, insanlar təbii proseslərə müdaxilə edərək daha yaxşı nəticə qazana bilərlər, nəinki bu prosesləri özbaşına buraxsalar. Meliorizm insan və cəmiyyətin konsepsiyası kimi müasir liberal demokratiya və insan hüquqlarının əsasında durur və liberalizmin əsas komponentidir.
Meteorizm
Meteorizm (yun. μετεωρισμός — şiş, köp) və ya flatulensiya, osturaq — bağırsaqlarda qazların həddindən artıq yığılması. Bu, şişkinlik, çox miqdarda həzm qazının çox miqdarda (“püskürücü”) ifrazı ilə özünü göstərir. == Ümumi məlumat == Sağlam bir yetkin insanda mədə və bağırsaqlarda təxminən 1 litr qaz var ki, bu qazlar əsasən bağırsaq mikroflorasının mikroorqanizmlərinin həyati fəaliyyəti nəticəsində əmələ gəlir. Yetkin bir insanda defekasiya prosesində və əlavə olaraq gün ərzində bağırsaqdan normal olaraq 0,1-0,5 litr qaz xaric olur. Meteorizmlə, çıxarılan qazın həcmi üç və ya daha çox litrə çata bilər. Sağlam insanlarda qaz qarışımının tərkibi aşağıdakı kimidir: azot N2 — 24—90 %; karbon qazı СО2 — 4,3—29 %; oksigen О2 — 0,1—23 %; hidrogen Н2 — 0,6—47 %; metan CH4 — 0—26 %; həm də az miqdarda: hidrogen sulfid H2S; ammonyak NH3; uçucu merkaptanlar. == Səbəbləri == Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: meyvələr tərəvəzlər kəpəkli taxıl məhsulları lobya və paxlakimilər qazlı içkilər sürətli yemək həzm sistemində pozumalar xronik bağırsaq xəstəlikləri sintetik qidalar rejimsiz qidalanma.