Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhalisinə görə meqapolislərin siyahısı
Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hal-hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır. Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır. == Siyahı == == Maraqlı faktlar == Economist Intelligence Unit təşkilatının illik araşdırmasının nəticələrinə görə, 2019-cu ilin ən bahalı şəhərlər siyahısında 133 şəhər arasında Paris, Honkonq və Sinqapur birinci yerdədir. 2019-cu ilin göstəricilərinə görə ən ucuz şəhər Karakasdır. Ən böyük və ən inkişaf etmiş şəhər Tokiodur. Okeaniyada cəmi 2 meqapolis var.
Dekapolis
Dekapolis (fr. Décapole, alm. Zehnstädtebund‎) 1354-cü ildə Müqəddəs Roma İmperiyasının Elzas regionundakı on Azad İmperiya şəhəri tərəfindən öz hüquqlarını qorumaq üçün yaradılmış ittifaq idi. 1679-cu ildə ləğv edildi. 1354-cü ildə imperator IV Karl Kolmar, Aqno, Kaysersberq, Landau, Mülhauzen, Münster im Elzas, Oberenhaym, Roshaym, Şlettştadt, Türkhaym və Vayşenburq şəhərlərini birləşdirən müqaviləni ratifikasiya etdi. Aqno onun paytaxtı oldu, görüşlərin keçirildiyi Strasburq şəhəri isə ittifaqdan kənarda qaldı. Seltz şəhəri 1357-ci ildə Birbaşa İmperiya şəhəri status aldıqda liqaya qoşuldu, lakin 1414-cü ildə Pfals kürfürstlüyünə daxil eildikdən sonra onu tərk etməli oldu. 1378-ci ildə Karlın ölümündən sonra ittifaq dayandırıldı, lakin növbəti ildə yenidən quruldu. On şəhər 1500-cü ildə Yuxarı Reyn dairəsinə qoşuldu. 1515-ci ildə Mülhauzen Qədim İsveçrə İttifaqı ilə birləşmək üçün ittifaqdan çıxdı.
Meqalopolis
Meqapol və ya meqalopolis ümumiyyətlə aqlomerasiya regionu ərazilərinin birləşməsidir. Bu termin coğrafi cəhətdən ilk dəfə 1961-ci ildə Jean Gottmann tərəfindən Boston, New York, Philadelphia, Baltimore və Vaşinqtona qədər uzanan ABŞ-nin şimal-şərq sahilindəki metropol ərazilərinin zəncirini təsvir etmək üçün istifadə edilmişdir. Bu sahə bu gün BosWash olaraq bilinir.
Amblyseius megaporos
Amblyseius megaporos (lat. Amblyseius megaporos) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius megaporos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.