Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Militari
Militari (ing. military) — hərbi sürsat elementlərindən - hərbi çəkmələr, kamuflyaj edilmiş geyimlər (xaki rəngində), hərbi papaqlar (beret), jetonlar, breloklar - istifadə edən, uniseks stilinə yaxın olan, geyim üslubudu.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Sofya Miliband
Sofya Davıdovna Miliband (17 iyul 1922, Moskva – 12 fevral 2017) — Rusiya şərqşünası, iranşünas, yazıçı, elm tarixçisi. == Həyatı == Sofya Miliband Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun elmi işçisidir, iranşünasdır. == Ailəsi == Sofya Miliband Böyük Britaniya siyasətçiləri Devid Rayt Miliband və Ed Milibəndin babasının qardaşı nəvəsidir. Ərdə deyil, uşaqları yoxdur. == Əsərləri == Востоковеды России, XX — начало XXI века = Russian orientalists of the 20th and Early 21st Centuries : биобиблиографический словарь : в 2 кн. / С. Д. Милибанд. — М.: Восточная литература, 2008-. ISBN 978-5-02-036364-9 Кн. 1: А — М. — 2008.
Eder Militao
Eder Qabriel Militao (18 yanvar 1998) — İspaniyanın Real Madrid klubunda və Braziliya millisində çıxış edən braziliyalı peşəkar futbolçudur. Əsasən mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi bəzi hallarda isə müdafiəyə meyilli yarımmüdafiəçi kimi də oynaya bilir. Militao karyerasına San-Pauluda başladı, Portuya transferindən əvvəl iki il ərzində 41 matç oynadı və 4 qol vurdu. 2019-cu ildə Portuqaliyadakı uğurlu bir mövsümdən sonra 50 milyon avroluq transfer qiyməti ilə dünya nəhəngi Real Madridə transfer oldu.
Rassel Malifant rəqs qrupu
Rassel Malifant rəqs qrupu - Rassel Malifant tərəfindən 1996-cı ildə təşkil edilmişdir və o, bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutumuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994-95-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir. == Beynəlxalq qastrollar == Fransa, Yunanıstan, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Kanada, Slovakiya, İspaniya, Özbəkistan.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. == İstinadlar == == Əlavə ədəbiyyat == U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History == Xarici keçidlər == history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.