Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirabbas Aslanov
Aslanov Mirabbas Seyidağa oğlu (d.1923) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999). == Həyatı == == Fəaliyyəti == Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü.Hacıbəyov (Gənсlik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Haсıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), birсildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Haсıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir. C.Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir. == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. == Həyatı == M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. == Fəaliyyəti == Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.
Mirabbas Qasımov
Mirabbas Göycə oğlu Qasımov (11 iyul 1939, Şamaxı rayonu – 6 sentyabr 2008, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1967), professor (1968), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989) olmuşdur. == Həyatı == Mirabbas Qasımov 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1956-cı ildə Qasımov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə göstərdiyi yüksək nəticələrə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin uyğun fakültəsinə köçürülmüşdür. 1961-ci ildə təhsilini başa vurduqdan sonra MDU-nun aspiranturasında saxlanmışdır. Bu dövrdən Mirabbas Qasımovun elmi fəaliyyəti başlayır (elmi rəhbəri F.A.Berezin olur) və əsasən özünün müəllimi saydığı B.M.Levitanın tədqiqatından ibarət olur. B.Levitan da öz növbəsində Mirabbas Qasımovun işlərinə yüksək qiymət verir, ona özünün ən istedadlı tələbəsi olaraq xüsusi məhəbbətlə yanaşır. == Elmi fəaliyyəti == Mirabbas Qasımovun əsas işləri müxtəlif sinif diferensial operator sinifləri üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid olmuşdur. 1964-cü ildə M.Q.Qasımov MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında "Şturm-Liuvill tənliyinin iki spektra görə həlli" namizədlik disertasiyasını müdafiə etmişdir. Elmi şuranın xüsusi qərarına əsasən iş "Görkəmli iş" olaraq qiymətləndirilmişdir. Həmin ildə o Moskvanın Fiziki-Texniki İnstitutuna assistent vəzifəsinə işə girir və 1965-ci ildə müsabiqə yolu ilə F.E.Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunur və 1965-1968-ci illərdə bu vəzifədə çalışır.
Barabbas
Barabbas(arami. בר אבא, q.yun. Βαραββᾶς) — Bibliya personajı, qatil, kütlə Həzrəti İsanı deyil, onu seçmişdi. == Həyatı == İsa Məsihi “ camaatı üsyana təşviq etmək “ üstə həbs edib cəzaya məhkum etmək istəyən Qüds valisi Ponti Pilat, yəhudilərin pasxa bayramı günü, adət - ənənəyə uyğun olaraq iki dustaqdan birini xilas etmək üçün xalqa müraciət edərək hansının azad edilməsini istədiklərini soruşur. Xalq isə iki dustaqdan birinin, İsa Məsihin çarmıxa çəkilməsini istəyir… Digər ikinci şəxs isə Nobel mükafatlı İsveçli yazar Per Lagerkvistin bu məşhur romanına qəhrəman olaraq seçdiyi Varavva (orijinal adı Barabbas ) idi… Oğru, quldur olan Barabbasa da həmən gün edam ediləcək dustaqlar arasında idi və yəhudi camaatın İsaya olan nifrəti məhz onun azad olunmasına yol açmışdı: “ Mən də onun kimi seçilmişlərdənəm! Nə olsun ki o Tanrının oğludur? Amma ölmək məqamında ölümə o getdi, azad olmaq üçün mən seçildim! “ . Barabbasa hər kəsin Tanrı oğlu deyərək bəhs etdiyi, gələcəkdən xəbər verə bildiyi söylənilən, möcüzələr göstərən, hər kəsə yol göstərən Müəllim olduğu deyilən və ən əsası isə onun əvəzinə çarmıxa çəkilən insanın edamını öz gözləri ilə kənardan izləyir. Həmən Müəllimin şagirdlərindən eşitdiyi “ 3 gün sonra Müəllim diriləcək “ xəbərindən tamam heyrətlənərək bu hadisəni də öz gözləri ilə görməyə qərar verir və anlayır ki, bu heç də dirilmə deyil.
Mirabad
Mirabad (Səlmas) —
Kevin Mirallas
Kevin Antonio Joel Gislain Mirallas y Castillo (5 oktyabr 1987[…], Lyej, Valloniya[d])- Belçikalı peşəkar futbolçu, Kiprin AEL Limassol komandasında cinah yarımmüdafiəçisi kimi çıxış edir. Mirallas peşəkar karyerasına Fransada "Lill" və "Sent-Etyen" klublarında başlayıb, 2010-cu ildə Yunanıstanın "Olimpiakos" komandasına keçib. Mirallas "Olimpiakos"da oynadığı müddətdə uğur qazanıb, 52 liqa oyununda 34 qol vurub. O, "Olimpiakos"da keçirdiyi ikinci mövsümdə 25 oyunda 20 qolla bombardir olub. == Klub karyerası == === Erkən karyera === Mirallas gənclik karyerasını doğma şəhəri Standard Liège klubunda keçirib. Daha sonra o, Belçikanı tərk etdi və 2004–05 mövsümündə ilk komanda karyerasına Fransada Lille ASC ilə başladı. Mirallas "Lill"dəki ilk mövsümündə UEFA Kubokunda iştirak edib. Bundan sonra Mirallas AS Saint-Étienne-ə 4 milyon avroya transfer olundu. === Olimpiakos === 2010-cu ilin iyununda Mirallas Yunanıstanın "Olimpiakos" klubuna 2,5 milyon avro müqabilində bir illik icarəyə götürüldü. Mirallas UEFA Avropa Liqasının İkinci Təsnifat mərhələsində KS Besa Kavaje ilə oyunda 5:0 hesablı qələbə qazanaraq debüt etdi.
Mirabad (Dəşt)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Mirabad (Mərgavar)
Mirabad (fars. ‎‎‎‎ميراباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (98 ailə).
Mirabad (Sulduz)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (72 ailə).
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Mirabad (Urmiya)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (25 ailə).
Mirabad (Çaldıran)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (65 ailə).
Mirabad (Üşnəviyyə)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (185 ailə). Əhalisini kürdlər təşkil edir.
Mirabad (Qərbi Azərbaycan)
Mirabad (fars. ميرآباد‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Vəzinə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,502 nəfər və 820 ailədən ibarət idi.
Məzrayə-i Mirabad (Bükan)
Məzrayə-i Mirabad (fars. مزرعه ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mirabad (Sumay-i Şimali dehistanı)
Mirabad (fars. ميرابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (49 ailə).