Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fotonika
Fotonika — optik siqnalların işlənməsinin fundamental və tətbiqi aspektləri, habelə onların əsasında müxtəlif təyinatlı cihazların yaradılması ilə məşğul olan elm sahəsi. == Ümumi məlumat == Fotonika elektronikanın analoqu olub, elektronlar əvəzinə elektromaqnit sahəsi kvantlarının - fotonların istifadəsinə əsaslanır. Yəni, o, əhəmiyyətli dərəcədə aşağı enerji itkiləri ilə xarakterizə olunan işıq siqnalının emalı texnologiyaları ilə məşğul olur, bu da onun daha çox miniatürləşdirmə imkanlarına malik olması deməkdir. Beləliklə fotonika: görünən və yaxın spektrdə fotonların yaradılması, idarə edilməsi və aşkar edilməsini öyrənir. O cümlədən, ultrabənövşəyi (dalğa uzunluğu 10...380 nm ), uzun dalğalı infraqırmızı (dalğa uzunluğu 15...150 mkm) və spektrin ifrat infraqırmızı hissəsi (məsələn, 2...4 THs 75...150 mkm-lik dalğa uzunluğuna uyğundur), burada kvant kaskad lazerləri bu gün fəal şəkildə inkişaf edir. optik siqnalların idarə edilməsi və çevrilməsi ilə məşğul olur və geniş tətbiq sahəsinə malikdir: informasiyanın optik liflər vasitəsilə ötürülməsindən tutmuş ətraf mühitdəki ən kiçik dəyişikliklərə uyğun olaraq işıq siqnallarını modulyasiya edən yeni sensorların yaradılmasına qədər.Fotonika geniş spektrli optik, elektro-optik və optoelektron cihazları və onların müxtəlif tətbiqlərini əhatə edir. Fotonik tədqiqatın xarakterik sahələrinə lifli optika və inteqral optika, o cümlədən qeyri-xətti optika, yarımkeçirici birləşmələrin fizikası və texnologiyası, yarımkeçirici lazerlər, optoelektron cihazlar, yüksəksürətli elektron cihazları daxildir. == Tarix == Fotonikanın ayrıca bir elm sahəsi kimi meydana gəlməsi 1960-cı ildə lazerin ixtirası ilə baş vermişdir. Sonrakı inkişaf 1970-ci ildə lazer diodunun ixtirası, informasiyanı ötürmək üçün lifli optikanın və erbium aşqarlı lifli gücləndiricinin yaradılması ilə baş verdi. Bu ixtiralar 20-ci əsrin sonlarında telekommunikasiya inqilabının əsasını qoydu və internet üçün infrastrukturu təmin etdi.
Metodika
Metodika — hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur. Sənayedəki texnologiya anlayışına yaxındır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin riyazi təhlili metod (riyazi təhlil metodu), konkret meyarların, riyazi xarakteristikanın seçilməsi isə metodikadır. == Müxtəlif sahələrdə "metodika" anlayışı == === Təhsildə === Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri; "tərbiyə fəaliyyətinin qaydalar toplusu" nəzərdə tutulur. Fənnin öyrədilməsi metodikasına aşağıdakılar daxildir: öyrətməyin məqsəditədris məqsədləri inkişaf etdirici məqsədlər tərbiyəvi məqsədlər praktik məqsədləröyrətməyin prinsipləri öyrədilən məzmun öyrətmə vasitələri öyrətmə formaları öyrətmə metodlarıümumi öyrətmə metodları fərdi öyrətmə metodları ==== Orta məktəblərdə metodik iş sisteminin qurulması ==== Hər bir məktəbin yerli xüsusiyyətlərindən asılı olaraq özünəməxsus metodik iş sistemi vardır. Bu sistem məktəb fəaliyyətə başladığı ilk gündən yaranmağa başlayır. Belə bir sistemin yaranması məktəbdə tətbiq olunacaq tədris plan və proqramlarını səmərəli realizə etmək üçün dərs cədvəli və məşğələlərin qrafiklərinin tərtib edilməsi ilə başlayır. Təhsil prosesində bu sistem daha da zənginləşir. Məktəbdə metodik iş sisteminə rəhbərlik birbaşa Metodik Şura, belə bir şura yaradılmadıqda isə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.
Momolika
Momolika (lat. Mormolyca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Motorola
Motorola - kompüterlər və rabitə vasitələri istehsalı sahəsində dünya liderlərindən olmuş şirkət. Mənzil-qərargahı Çikaqo yaxınlığındakı Şaumburq şəhərində (İllinoys ştatı, ABŞ) yerləşirdi. Şirkət 1928-ci ildə qurulmuş və 1930-cu illərdə Motorola ticarət markası qeydiyyatdan keçmişdir. Motorola çağdaş mobil rabitə sistemlərinin əsasını qoyanlardan biridir: dünyada ilk daşınabilir hücrəsəl telefon (CELLULAR PHONE) 1983-cü ilin 6 mart tarixində buraxılmış Motorola DynaTAC 8000X telefonu olmuşdur. Motorola bir sıra mikroprosessorların, o cümlədən Apple Macintosh, PowerPC kompüterlərində istifadə olunmuş 68000 seriyasından olan mikroprosessorların, eləcə də 1970-ci illərdə bəzi mikrokompüterlərdə istifadə olunmuş 6800 mikroprosessorunun istehsalçısıdır. 2011-ci ildə Google şirkəti tərəfindən alınan Motorola, 2014-cü ildə Çinin Lenovo şirkətinə satılıb. Motorola - ABŞ-də 1928-ci ildə qurulan mobil şəbəkə firması. Əlaqə sektorunda olan ayrıca ilk mobil telefonunu Motorola DynaTAC-ı istehsal edir. 25 sentyabr 1928-ci ildə telekommunikasiya avadanlıqlarının istehsalı ilə məşğul olan “Galvin Manufacturing Corporation” şirkətinin əsası qoyulmuşdur. Sonradan bu ad şirkətin yaradıcısı Pol Vinsent Qalvin (Paul Vincent Galvin) tərəfindən dəyişdirilərək “Motorola” ilə əvəz edilmişdir.
Motosikl
Motosikl (Motoskilet) - çəkisi 400 kiloqramdan artıq olmayan, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsi. Motosikllər növcə əsasən 5 cür olur: çoper; klasik; enduro; skuter.
Ritorika
Ritorika (yun. ῥήτωρ, (rhêtôr-orator, natiq, müəlim) sözündən əmələ gələrək ῥητωρική - "natiqlik sənəti") — insanları nitq, vizual və ya yazılı şəkildə inandırmaq məharəti, metodikası. İlkin dövrlər natiqlik sənəti haqqında elm. Qədim Yunanıstanda meydana çıxmışdır.
Momordika
Momordika (lat. Momordica) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Muravey (motosikl)
"Muravey" (rus. Муравей) — sovet üç təkərli (3 × 2) yük skuteri. 1959—1995-ci illərdə Tula Maşınqayırma Zavodunda minik skuterlərinə əsasında istehsal olunan bir neçə model var idi. 2020-ci ildən etibarən TMZ-də "Muravey" ("Qarışqa") markası altında kabinli dörd təkərli elektrik arabacıq istehsal edir.
Motorola Milestone 3
Motorola Droid 3 — Motorola korporasiyası tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristika == Motorola Milestone 3/XT883 QWERTY klaviatura ilə slayder form-faktorunda hazırlanıb. Smartfon 4 düym diaqonallı və 540х960 piksel kəskinlikli ekrana, 16 QB birləşdirilmiş yaddaşa, microSDHC slotuna, video zənglər üçün ön kameraya, əsas 8 meqapiksel kameraya və videonu 1080p formatında yazmaq imkanına malikdir. Droid 3 1 QHz tezlikli ikinüvəli TI OMAP 4430 prosessoru əsasında hazırlanıb, Wi-Fi, GPS və Bluetooth modulları ilə təchiz edilib. Motorola Milestone 3 Android 2.3 əməliyyat sisteminin nəzarəti altında işləyir.