Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nerinyarpaq soğan
Qalınyarpaq bergeniya
Qalınyarpaq bergeniya (lat. Bergenia crassifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin bergeniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, yoğun, şişman, sürünən kökümsovu və çoxsaylı saçaqlı kökləri vardır. Gövdəsinin hündürlüyü 50 sm, yarpaqları bütöv, çılpaq, dəricikli, parlaq, qışlayan və kök üstündə çətir şəklində toplanır. Yarpaq lövhəcikləri enli ellipsşəkilli, demək olar ki, dairəvi, əsası girdələşmiş və ya ürəkvari, küt, aydın olmayan dişli, uzun saplaqlı, uzunluğu 3-35 sm, eni isə 2,5-30 sm-ə bərabərdir. Çiçəkləri 5 üzvlü, gövdənin zirvəsində süpürgəvarı-qalxanşəkilli çiçəkqrupunda formalaşmışdır. Ləçəkləri bənövşəyi-çəhrayı, dairəvi-yumurtavarı, əsası qısa və geniş dırnaqcıqlardan ibarətdir. 300–2600 m yüksəkliyi olan meşə, subalp və alp qurşaqlarda, çay sahillərində və sıx iynəyarpaqlı meşələrdə rast gəlinir. Yabanı çoxillik badanın kökümsovları iyun-iyul aylarında toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Kökümsovları torpaqdan 20 sm hündürlükdə toplanılır, təmizlənir və qurudulur.
Nazikyarpaq pion
Nazikyarpaq pion (lat. Paeonia tenuifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Nazikyarpaq qulançar
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində. == Botaniki təsviri == Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Nazikyarpaq südotu
Nazikyarpaq südotu (lat. Polygala tenuifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin südotukimilər fəsiləsinin südotu cinsinə aid bitki növü.
Nazikyarpaq süsən
Nazikyarpaq süsən (lat. Iris tenuifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Nazikyarpaq tikanburun
Nazikyarpaq tikanburun (lat. Echinophora tenuifolia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tikanburun cinsinə aid bitki növü.