Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narşərab
Narşərab — (azərb. nar + şərab‎) Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan, adından göründüyü kimi nar şirəsindən hazırlanmış, adətən balıq və ət yeməklərində xüsusən kababda ədviyyat kimi istifadə olunan sous ya qatran. Narşərab sayəsində yeməklər yüngül turşməzə dad verirlər. Geniş tətbiqini tapmış narşərab xüsusi qablaşdırılmış şəkildə satılır. Əlbəttə ev şəraitində hazırlanmış narşarablar öz rəng və tam xüsusiyyəti ilə daha da seçilirlər. Ev şəraitində hazırlanmış narşərablar tərkibində konservant və rəng qatışıqlarının olmaması ilə seçilirlər. Nar meyvəsinin malik olduğu keyfiyyətlər: yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər tam şəkildə narşərabda da öz əksini tapmışdır. == Tərkibi == Narşərabın tərkibi əsasən nar meyvəsinin tərkibi ilə eynidir. Bura 10 % limon turşusu və 45 % şəkər daxildir. Qatrana əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları bəzən qara və qırmızı istiot da qatılır.
Bualo - Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.Bualo Hələ uşaq ikən Nik Karterin Moris Leblan haqqında yazdığı macəra romanlarını maraqla oxuyar və təhlil edərdi.
Bualo-Narsejak