Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazikbaş çömçəxul
Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Xəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb. == Morfoloji əlamətləri == Əvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır. == Yaşayış yeri və həyat tərzi == Samurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.