Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neofreydizm
Neofreydizm — psixologiyanın cərəyanlarından biridir. Neofreydizmin görkəmli nümayəndələrindən biri İsveç psixoloqu Karl Qustav Yunqdur (1875-1961). Yunq Sürix Universitetini bitirdikdən sonra məşhur psixiatr P.Janenin yanında təcrübə keçir və özünün şəxsi psixoloji və psixiatriya laboratoriyasını yaradır. Bu dövrdə o, Z.Freydin ilk əsərləri ilə tanış olur. Sonralar onlar arasında fikir ayrılığı başlandı. Fikir yarılığı qeyri-şüuriliyin təhlili ilə bağlıdır. Yunq Freydin yuxu və assosiasiyalarla bağlı interpretasiyası ilə razılaşmır, hesab edirdi ki, simvolların ardınca gedərək qeyri-şüuri sahəyə daxil olmaq mümkündür. Yunq hesab edirdi ki, xəstənin həkimdən asılılığı getdikcə azalmalıdır, xüsusilə son mərhələd. Yunq bunu transformasiya adlnadırırdı. Freyd və Yunqun yolları 1912-ci ildə birdəfəlik ayrılır.