Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nitrobirləşmələr
Nitrobirləşmələr — molekulunda karbon atomu ilə birləşmiş bir və ya bir neçə nitro qrupu — NO2 olan üzvi birləşmələr. Mono-, di-, tri- nə polinitrobirləşmələr var. Nitrobirləşmələr bir neçə qrupa ayrılır: alifatik nitrobirləşmələr (məsələn, nitroparafinlər, nitroolefinlər), aromatik nitrobirləşmələr (məsələn, nitroanilinlər, nitrobenzol, nitrotoluol, nitrol naftalinlər), alifatik aromatik nitrobirləşmələr (məsələn, fenilnitrometan, nitrostirol) və. s. Aromatik nitrobirləşmələr sarımtıl maye və ya kristal maddədir, üzvi həlledicilərdə yaxşı, suda pis həll olur. Aromatik polinitrobirləşmələr partlayıcı maddə kimi işlədilir (məsələn, trinitrotoluol). Onların nitroqrupu reduksiya edildikdə boya maddələri istehsalında aralıq məhsul olan aminlər alınır. Sadə mononitroparafinlər xüsusi iyi olan rəngsiz mayedir. Nitroparafinlər asan reduksiya olunaraq hidroksilamin və aminlər əmələ gətirir, onlara qatı turşularla təsir etdikdə karbon turşularına çevrilir, aldehid və ketonlarla asan kondensasiya olunaraq nitrospirtlər əmələ gətirir, onların da dehidratasiyasından nitroolefinlər alınır. Bəzi nitrobirləşmələr zəhərlidir.