Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gary Coleman
Qeri Ueyn Koulman (Gary Wayne Coleman, 8 fevral 1968, Zion, İllinoys — 28 may 2010, Provo, Yuta) — Amerikalı aktyor.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. == Bioqrafiyası == Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq.Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir. Daha sonra Ronni anlamışdır ki, mühasiblik onun üçün deyil və uşaqlıq arzusunu həyata keçirmək məqsədi ilə polis məktəbinə ərizə ilə müraciət etmişdir.