Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nullity
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus – 26 iyun 1274, Kazımiyyə[d]) — iranlı (fars) filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. == Həyatı == Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır.İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. == Haqqında == Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Bullit missiyası
Bullit missiyası — Rusiyada hərbi əməliyyatların dayandırılması məqsədilə Paris sülh konfransında (1919–1920) ABŞ nümayəndə heyətinin üzvü Uilyam Kristian Bullitin rəhbərliyi ilə 1919 ilin martında sovet Rusiyasına göndərilmiş nümayəndə heyəti. == Tarixi == ABŞ prezidenti V. Vilson və B. Britaniyanın baş naziri C. Lloyd Corcun təklifi ilə 1919-cu il martın 19-da Moskvaya gələn Bullit Leninlə görüşmüş, atəşkəs haqqında razılıq əldə etmişdi. Görüş nəticəsində hazırlanmış layihədə göstərilirdi ki, keçmiş Rusiya imperiyası və Finlandiya ərazisində faktiki surətdə mövcud olan hökumətlər öz hakimiyyətlərini saxlayır, Rusiyanın iqtisadi blokadası dayandırılır, sovet respublikaları ilə xarici dövlətlər arasında rəsmi nümayəndələrin mübadiləsi bərpa olunur, Rusiya imperiyası və Finlandiya ərazisindəki dövlətlər xarici ölkələr qarşısında, bu ölkələrin vətəndaşları qarşısında Rusiya imperiyasının maliyyə öhdəlikləri üçün məsuliyyət daşıyır və s.Lakin sonradan Antanta dövlətləri və ABŞ admiral Kolçakın hücumunun başlanması ilə əlaqədar razılaşmadan imtina etdilər. Osmanlı imperiyasının ABŞ-nin protektoratlığına verilməsi layihəsinin də müəllifi Bullit olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004 История дипломатии, 2 изд., т. 1–5, M., 1959–74.
Rud Qullit
Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır. == Həyatı == Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.
Ruud Qullit
Ruud Qullit (nid. Ruud Gullit) — Niderlandlı futbolçu və məşqçi. 1988-ci ilin Avropa çempionu. 1992-ci il Avropa çempionatının bürünc mükafatçısı. 1987-ci ilin Qızıl top mükafatının sahibi. Milan futbol klubu və Niderland millisindəki çıxışları ilə tanınır. == Həyatı == Ruud Qullit 1 sentyabr 1962-ci il tarixində Amsterdam şəhərində anadan olmuşdur. Qullitin valideynləri Surinamdan olan emiqrantlar idi. Atası Corc Qullit məktəbdə iqtisadiyyatdan dərs deyirdi və öz rəsmi ailəsi ilə yaşayırdı. Ruudun anası isə Corc Qullitin məşuqəsi Mariya Dil idi.