Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jozef Lui Gey-Lüssak
Jozef Lui Gey-Lüssak (6 dekabr 1778 – 9 may 1850[…], Paris) — Fransız alimi, fizik və kimyaçı. == Həyatı == Jozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O, fransız dilindən başqa italyan, ingilis və alman dillərini də çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom-molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).