Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çoxyarpaqlı qulançar
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Yarpaqlı
Yarpaqlı — Culfa rayonunda, Teyvaz kəndi yaxınlığında yerləşən yüksəklikdir. Əhali tərəfindən yaylaq kimi istifadə olunur. Həmçinin Yarpaqlı yaxınlığından keçən kəsə yol Teyvaz kəndini Qazançı kəndi ilə birləşdirir. [mənbə göstərin] == Mənbə == Yarpaqlı GEOnet Names Server-də.
Sıxyarpaqlı gəvən
Sıxyarpaq gəvən (lat. Astragalus pycnophyllus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Orta Asiya, Qafqaz, İran və Türkiyədə təbii şəraitdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-50 (80) sm, ağımtıl-boz tükcüklü koldur. Qalın gövdələri (4-8 sm) yerin səthinə yaxın yerləşir. Yarpaqları oval, yarpaqcıqların miqdarı 10-80 ədəddir. Açıq-sarı çiçəklərinin diametri 2-3 sm, uzunluğu 8-10 sm, çiçək tacı qayıqcıq, mərkəzi hissəsi bir az daralmışdır. == Ekologiyası == Orta və yuxarı dağ zolaqlarında, quru, daşlı sahələrdə, çox vaxt 1650 m hündürlükdə, bəzi yerlərdə isə daha yuxarı ərazilərdə bitir. == Azərbaycanda yayılması == Lerik və Lənkəranda dar arealda yayılmışdır. == İstifadəsi == Bitkilər qatran-ağac yapışqanı ilə zəngindir və çeynənən saqqızın xammalıdır.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Yarpaqlı (Xoy)
Yarpaqlı (fars. يارپاقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (89 ailə).
Yarpaqlı (Çankırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Yarpaqlı mamırlar
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Yarpaqlı mərcanotu
Yarpaqlı sarıbaş
Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir. == Ekologiyası == Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.
Yarpaqlı öküzotü
Şamisso öküzotu (lat. Arnica chamissonis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü.
Üçyarpaq oxyarpaq
Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır.
Yumru yarpaqlı yemişan
Tarim hövzəsində yarpaqlı meşələr və çöl
Tarım hövzəsi yarpaqlı meşələr və çöl Qərbi Çinin Sincan Uyğur Muxtar Bölgəsində mülayim enli və qarışıq meşələr eko bölgəsidir. Ekoloji bölgəyə, əksinə quraq bir bölgədə bölgənin çayları tərəfindən davamlı yarpaqlı sahil meşələri və çöllər daxildir. == Coğrafiya == Tarım hövzəsi Çinin ən qərbində yerləşən səhra hövzəsidir. Hövzə yüksək dağlarla əhatə olunmuşdur - cənubda Tibet yaylası, şimal kənarını təşkil edən Kunlun dağları ; qərbdə Pamir dağları; şimalda Tyan-Şan ilə. Hövzə qurudur, lakin ətraf dağlarda xeyli yağış və qar yağır. Çaylar hövzəyə dağlardan, o cümlədən qərbdəki Kunlun dağlarını qurudan, şimala doğru axan Hotan çayı, Pamiri axıdan Yarkənd çayı və qərb Tian Şan dağlarından axıdılan Aksu çayı daxil olur. Bu çaylar şimal və şərq hövzəsi boyunca bir qövs içində 1300 km axan Tarım çayını əmələ gətirir. Konqque çayı mərkəzi Tyan-Şandan cənub-şərqə axır. Aşağı Tarım çayı cənub- şərq hövzəsindəki Taitema gölünə cənub-şərqdən, Kongque isə şərqdən Lobnora tökülür. Qarqan çayı mərkəzi Kunlun dağlarında qalxır və eyni zamanda şimal-şərqə doğru Taitema gölünə tökülür.