Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərayaqlılar
Pərayaqlılar (lat. Pinnipedia) — heyvanların məməlilər sinfinə aid dəstə. 3 fəsiləyə (morjlar, qulaqlı suitilər və əsl suitilər) aid 20 cinsi və 32 növü var. Bədəni iyşəkillidir (dəniz pişiklərindən başqa), səthini parlaq qısa tük örtür. Quyruğu qısa, ətrafları 5 barmaqlıdır və pərə çevrilmişlər. Barmaqları bir-biri ilə pərdə ilə birləşmişlər. Dəridə tər və piy vəziləri var; dərinin altındakı piyin qalınlığı 8 sm-dir. Dişlərin sayı 18 ilə (morjda) 38 arasında (qulaqlı suitilərdə) dəyişir. Köpək dişləri yaxşı inkişaf etmişdir. Çeynəyici əzələlər reduksiya olunmuşdur (qidanı çeynəmir).
Əlayaqlılar
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.