Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərioğlu
Pərioğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Pərioğlu- Ağdam rayonunda kənd adı. XIX əsrdə yayı Ermənistanda Basarkeçər mahalını Qaraqız (əsli Qara Oğuz) yaylağında,qışı kəndin indiki ərazisində keçirmiş kiçik bir elin adındandır. Tam adı Pərioğlularıdır. XIX əsrdə burada Pərioğlular adlı iki kənd vardı: biri Hindarxkənd icmasından digəri Ağdam kənd icmasında. Mənşəcə XIX əsrin I yarısında yaşamış (1811-ci ildə doğulmuşdur, ölüm vaxtı məlum deyil. gənc yaşından Şuşada yaşamışdır). Aşıq Pəri Maralyanlının «Pərioğlular» adlanmış oğlanlarına mənsub maldar ailələrə verilmiş addır.