Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haçakənd
Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Təzə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Parakənd
Parakənd (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Parakənd (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Paşakənd
Paşakənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Erməni mənbələrində kəndin adı erməni dilinə kalka edilərək Paşagyuğ (Paşakənd) formasında verilmişdir. Toponim Paşa şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlib. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914 - cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin azərbaycanlılar qırğınlarla qovulmuşlar, kəndə ermənilər köçürülmüşdür.
Parakənd (Gədəbəy)
Parakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Parakənd oyk. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Leşkər kəndindən ayrılmış ailələr salmışlar. Yerli əhalinin məlumatına görə kənd Leşkər kəndinin parası (hissəsi) kimi yarandığına görə belə adlandırılmışdır. Tovuz r-nunun Çeşməli i.ə.v.-də kənd. Dağ ətəyindədir. Kəndin ərazisində eyniadlı dağ da vardır. Tədqiqatçılara görə, oykonim para (qərb dialektlərində dənli və bostan bitkiləri üçün ayrılmış sahəyə deyilir), yaxud parağ/ parax (heyvan saxlamaq üçün çəpərlənmiş yer) və kənd sözlərindən yaranmışdır.
Parakənd (Lənkəran)
Parakənd — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Pirakənd kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran rayonunun cənub ucqar nöqtəsində yerləşir və Astara rayonuna keçid buradandır. Kənd həmçinin Qərbdən Talış dağları ilə əhatə olunmuşdur. == Təhsil == Kənddə Mikayıl Nəzərov adına tam orta məktəb fəaliyyət göstərir.
Parakənd bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Haçakənd-i Dərmanlı (Germi)
Haçakənd-i Dərmanlı (fars. هاچاكنددرمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 643 nəfər yaşayır (130 ailə).
Haçakənd-i Təzə (Germi)
Haçakənd-i Təzə (fars. هاچاكندتازه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (64 ailə).