Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pescara 2F
Peskara 2F (isp. Pescara 2F) — Argentinalı eksperimental helikopter.Argentinalı mühəndis Raul Pateras Pescara tərəfindən dizayn və inşa edilmişdir. Soos sxeminin ilk helikopterlərindən biri olan aparat 4 vintə malik idi, əks tərəflərdə isə biplan tipinə görə birləşdirilmiş vintlər cütlüyü fırlanırdı. 16 yanvar 1924-cü ildə Paris yaxınlığındakı Issy-les-Moulineaux-da Raul Pescara 8 dəqiqə 13 13/5 saniyə havada 1 160 metr (3 810 fut) uçaraq, helikopter uçuşu ilə özünün dünya rekordunu qırdı. 29 yanvar 1924-cü ildə 1 kilometr (0.62 mil) məsafədə bir Fransız aeroklub mükafatını qazanmağa çalışan Pescara 10 dəqiqə, 33 saniyədən sonra uçuşu tamamladı, ancaq qurğusunun yerlə qısa təması səbəbindən qələbə sayılmadı. 18 aprel 1924, yeni, koaksial rotorla təchiz edilmiş mühəndis, Beynəlxalq Aviasiya Federasiyası (FAI) tərəfindən tanınan ilk vertolyot rekordunu- 4 dəqiqə, 11 saniyədə (təqribən 13 km / saat) və 1,8 m yüksəklikdə 736 metr göstərdi.
V-Arli-Pencari kompleksi
V-Arli-Pencari kompleksi və ya VAP kompleksi — Benin, Burkina Faso və Niger ərazisində transsərhəd qorunan ərazi və UNESCO-nun Ümumdünya irsidir. Kompleks üç Milli Parkı əhatə edir: Burkina-Fasodakı Arli Milli Parkı Benindəki Pencari Milli Parkı Hər üç ölkənin paylaşdığı V Milli Parkı2005-ci ildən etibarən qorunan ərazi Qərbi Afrika Aslanı Qoruma Birliyi və potensial bir aslan istinadgahı hesab olunur.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib.Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Üç kitabın müəllifidir.
Mustafa Məhəmməd Nəccar
Mustafa Məhəmməd Nəccar (2 dekabr 1956) — İranın müdafiə naziri. == Həyatı == Mustafa Məhəmməd Nəccar 2 dekabr 1956-cı ildə Tehran şəhərində anadan olub. Mənşəcə Cənubi Azərbaycanın Bostanabad şəhərindəndir. 1977-ci ildə Nəsrəddin Tusi adına Texnologiya universitetini bitirib.