Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lucky Dime Caper
Lucky Dime Caper — 1991-ci ildə Sega oyun şirkəti tərəfindən yaradılan videooyun. Həcmi 8 bitdir. == Süjet == Bu oyun Donald Dak, onun bacısı oğlanları Hyui, Dyui və Lui və dayısı Skrucun macəralarından söhbət açır. Onlar Skrucun bankındakı kabinetində toplaşırlar. Skruc öz ilk 10 sentini göstərir. Sən demə, Magika de Spell hamısını güdürmüş. Onun ən böyük arzusu həmin qəpiyi ələ keçirmək idi. Onun qarğa görkəmli qardaşı Poe gəlib uşaqları oğurlayır. Daha sonra isə bacı oğlanlarını xilas etmək üçün Donald dünya səyahəti missiyasına göndərilir.
My Lucky Day (DoReDos mahnısı)
My Lucky Day (azərb. Mənim uğurlu günüm‎) — Moldovanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. DoReDos qrupu "My Lucky Day" mahnısı ilə Moldovanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı rus müğənni və bəstəkar Filipp Kirkorov və 2013-cü ildə Azərbaycanın, 2014 və 2016-cı illərdə Rusiyanın və 2017-ci ildə Yunanıstanın Avroviziya mahnıları üzərində işləyən söz yazarı Con Ballard tərəfindən bəstələnmişdir.
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. Mərhum şair Akif Səmədin oğludur. == Təhsili == 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Lucy Lawless
Lucy Lawless (ing. Lucille Frances Ryan, 29 mart 1969, Mount Albert[d], Oklend regionu[d]) — ABŞ pop və ritm-end-blüz müğənnisi, mənşəcə barbadosludur. Amerikan "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş qahramanıdır. == Həyatı == Lüsi Louless (ingLucy Lawless, d.29 Mart 1968,Mount Albert, Auckland),Yeni Zelandiyalı aktrisa və müğənni.Beynəlxalq mükafat almış Televiziya serialı Zena: Cəngavər Şahzadəsində 1995-dən 2001-ə qədər canlandırdığı Zena rolu ilə tanınmışdır.Bundan başqa Battlestar Galacticada da önəmli rol almışdır.Sonuncu çəkildiyi serial Spartacus: Blood and Sand və Spartacus: Vengeancedə Batiatın arvadı rolunu canlandırmışdır(ancaq serialın İntiqam hissəsində Batiat yoxdur). == Şəxsi həyatı == Lüsi 19 yaşında Qarz Loulessdən hamilə qalmışdır.1988-ci ildə Kalgoorlie,Avstraliyada evləndilər.Yeni Zelandiyaya qayıdanda Deysi Louless adlı qızları doğulmuşdur.(doğum tarixi 15 iyul 1988-ci il).Cütlük 1995-ci ildə boşanmışlar.Lüsi daha sonra Zenanın yaradıcısı Robert G. "Rob" Tapert ilə 28 Mart 1998-ci ildə evləndi.Julius Robert Bay Tapert (doğum tarixi 16 Oktyabr 1999) və Judah Miro Tapert (doğum tarixi 7 May 2002) adında iki oğulları var.
Im Wartesaal zum großen Glück
Im Wartesaal zum großen Glück (azərb. Böyük xoşbəxtlik üçün gözləmə otağı‎) — Almaniyanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Valter Andreas Şvarç alman dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.