Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bolqarlaşdırma
Bolqarlaşdırma (bolq. българизация) — Bolqarıstan mədəniyyətinin bolqar etnik məkanından kənara yayılması. Bolqaristanlılaşdırma (bolq. побългаряване) olaraq da bilinir. == Tarixi == Bir sıra hökumət siyasətləri, o cümlədən 1980-ci illərdə keçmiş kommunist rəhbərliyinin Bolqarıstanın türk əhalisini assimilyasiya etmək cəhdi də daxil olmaqla, bolqarlaşdırmaya nümunə hesab olunur. Bolqarıstan tarixinin kommunist hakimiyyəti dövründə əsasən Bolqarıstanın şərqində yaşayan türk azlığı 1984-cü ildə Todor Jivkovun hakimiyyəti zamanı türk və ya ərəb mənşəli adlardan bolqar dilindəki adlara keçmək məcburiyyətində qalmışdılar. O vaxtlar, eləcə də indiki dövrdə bu siyasətin tərəfdarları bunu "Dirçəliş prosesi", tənqidçilər isə "qondarma Vozroditelen prosesi" adlandırırlar. Türk mədəniyyəti və dili ilə yanaşı, islam inancları da təzyiqə məruz qalmışdır. Arqument o idi ki, Bolqarıstanın türk əhalisi əslində Osmanlı hakimiyyəti dövründə müsəlmanlığı qəbul etməyə məcbur edilən bolqarlar idi. Bu layihə genişmiqyaslı etirazlar, beynəlxalq təzyiqlər və terrorizm halları şəklində güclü müqavimətlə üzləşmişdir.