Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proud (mahnı)
Proud (azərb. Məğrur‎) — Şimali Makedoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamara Todevska "Proud" mahnısı ilə Şimali Makedoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Makedon bəstəkarları olan Darko Dimitrov, Robert Bilbilov və Lazar Çvetkovski tərəfindən bəstələnmişdir. Darko Dimitrov daha öncə 2006, 2013 və 2014-cü illərdə Makedoniyanın Avroviziya mahnılarını yazmışdır.