Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırımçaq dili
Qırımçaq dili — Krımda türk-yəhudi qırımçaqların (yəhudilərin bir subetnik qrupu) danışdıqları türk dili. Ümumiyyətlə, krım-tatar dilinin bir ləhcəsi sayılır. Bu dildə danışanların sayı 785 nəfərdir.
Gigidağ
Gigidağ - Qobustanda palçıq vulkanı. == Toponimi == Qobustanda palçıq vulkanı. Hündürlüyü 176 m. Qədim türk dillərində gigil kiki "uğultu, xırıltı" mənasında işlənmişdir. Dağın adı onun vulkan mənşəli olub, vaxtaşırı müəyyən səslər çıxarması ilə bağlıdır.
İsao İcima
İsao İcima (飯島魁, İicima İsao, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası – 14 mart 1921) – Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur. == Həyatı == İsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur. Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir. 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur. 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur. O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir. 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir. 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur. 1891-ci ildə elmlər doktoru dərəcəsi almış və Yaponiya Elmlər Akademiyasına qəbul edilmişdir.İcima şərab içməyi, ovçuluqla məşğul olmağı və tütün çəkməyi sevirdi.