Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qımırlı
Qımırlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qımır kəndində milli tərkibi muğallardan ibarət 153 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 14 təsərrüfatda hər iki cinsdən toplam 27 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Qımırlı oyk., düz. Qax r-nunun Qax İngi- loy i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Şəki r-nundakı Aşağı Göynük və Yuxan Göynük kəndlərindən gəlmiş ailələr Qımır adlı yerdə salmışlar. Görünür, kəndin ilk sakinləri bir vaxtlar Zaqatala r-nunun Qımır kəndindən köçüb gəlmiş ailələr olmuşlar.
Bicirli (Miyanə)
Bicərli (fars. بيجرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, bölgə mərkəzindən 18 km. qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (37 ailə).
Kıçındı (Arxangel)
Kıçındı (başq. Ҡыҫынды, rus. Кысынды) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 12 km, kənd sovetliyindən (Qızıl Ezem): 4 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93 %) üstünlük təşkil edir.
Bobbi Qiçard
Mauro Icardi
Mauro İkardi (19 fevral 1993[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentinalı futbolçu, Qalatasaray FK klubunun hücumçusu. == Həyatı == İcardi 1993-cü il fevral ayının 19-da doğulmuşdur.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.