Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradaşlı
Qaradaşlı (gürc. იწრია; İtsria) — Gürcüstanın Bolnisi rayonunda yerləşən kənd. Gürcüstanın cənub-şərq hissəsində, tarixi Borçalı mahalı ərazisində yerləşir. 1990-1991-ci illərdə Gürcüstan rəhbərliyinin rayondakı etnik azlıqların yaşayış məntəqələrinin tarixi toponimlərini dəyişdirməsi nəticəsində Qaradaşlı kəndinin adı dəyişdirilərək İtsria adlandırılmışdır. Yerli əhali arasında kəndin ikinci adı olan Qaraçöp də geniş yayılmışdır. Kənd Bolnisi rayon mərkəzindən 15 km aralıda, dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir. Gürcüstan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kəndin əhalisi 249 nəfərdir və 100% azərbaycanlıdır. Əhali əsasən qoyunçuluq, maldarlıq və tərəvəzçiliklə məşğuldur.