Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nalbəndlik
Nalbəndlik — peşə. == Tarixi == Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaradıb. Bu böyük sərvətin xeyli hissəsi nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri də qədim Gəncə şəhəridir. Ən qədim dövrlərdən gəlib çatan sənətlərdən biri də dəmirçilikdir. Qarabağın zəngin dəmir filiz yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynayıb. Bu ərazidəki dəmirçixanalarda ən çox polad qarışıq dəmir işlənirdi. Qarabağlı dəmirçilər qaynaq maddəsi hazırlamaq üçün lazımi ölçüdə kəsilən dəmir parçasını kürədə qızdırıb arasını 1,5–2 sm dərinlikdə yarmaqla "ağız" açırdılar. Sonra həmin yarığa müvafiq ölçüdə polad kəsilirdi. Bu məqsədlə əvvəlcə polad parçası kürədə qızdırılıb "suyu alınır" və yumşaq dəmir həddinə salınırdı.