Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaratikan
Qaratikan (lat. Paliurus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 1.5-3 (5) m olan olduqca tikanlı koldur. Bir neçə gövdəyə malikdir, budaqları əyri-üyrü, çılpaq qonur rəngdədir. Yarpaqları 2-4.5 sm, növbəli, elliptik və ya çəpinə yumurtavari, qıraqları xırdadiş mişarvaridir, üstdən çılpaq, tünd yaşıl rəngdə, parıltılı, altdan açıq yaşıldır. Yarpaqlarının saplaqları 10 mm qədər, oturacağında biri düz, digərinin ucu qırmaq kimi əyilmiş iki möhkəm tikan vardır. Xırda, ulduzvari sarımtıl rəngli çiçəkləri, salxımvari qoltuq çiçəkqrupunda birləşmişlər. Meyvəsinin diametri 19-22 (27) mm, 3-yuvalı, 3(2) toxumludur açılmayandır. Yetişdikdə sarımtıl, sonradan açıq- və qonur mixəyi rəngdədir, uzun qanadı dərivari, qıraqları dalğalıdır. Toxumları yumru, bir qədər yastıtəhər, tünd-mixəyi və ya qonur mixəyi rəngdə,parıltılıdır.
Qaraiman
Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi. == Ərazisi == Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir. Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır: Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.
Qaraküşan (Bostanabad)
Qaraküşan (fars. قره كوشن‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 844 nəfər yaşayır (138 ailə).
Qaratikan (Bolnisi)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Qaratikan (Borçalı)
Qaratikan - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Qaratikan (Ərdəbil)
Qaratikan (fars. قره تكان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (21 ailə).
Qaraçilan (Soyuqbulaq)
Qaraçilan (fars. قره چلان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (6 ailə).
Qaraşiran (Nir)
Qaraşiran (fars. قره شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 720 nəfər yaşayır (176 ailə).
Tikanlı qaratikan
Tikanlı qaratikan (lat. Paliurus spina-christi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin qaratikan cinsinə aid bitki növü.
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (Pərsabad)
Qışlaq-i Təkquyu-i Qarapiran-i Həzrətqulu (fars. قشلاق تكقوئي قره پيران حضرتقلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (14 ailə).
Poa garanica
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Qaraqışa (Bostanabad)
Qaraqışa (fars. قره قيشه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (66 ailə).