Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarnıyarıq
Qarnıyarıq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Razdan şəhərinin şimal-qərbində yerləşirdi. "İrəvan əyalətini icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur. Köhnə Karvansaranın divarları indi də durur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində kənd şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "kiçik arx, su yolu" mənasında işlənən qarnı (< qarnım) sözü ilə türk dilində "yer səthində olan çay", "yarılmış yer", "dərə" mənasında işlənən yarıq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 1728-ci ilə aid mənbədə "el məşhur Karniyaruq" kimidir Digər adı Karvansara olmuşdur. Qarnıyarıq dağının adındandır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq-Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Qarnıyarıq (Çaypara)
Qarnıyarıq (fars. قارني ياريخ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qarnıyarıq dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. == Flora == Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Qarnıyarıq (Dərəçiçək)
Qarnıyarıq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Razdan şəhərinin şimal-qərbində yerləşirdi. "İrəvan əyalətini icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur. Köhnə Karvansaranın divarları indi də durur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində kənd şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "kiçik arx, su yolu" mənasında işlənən qarnı (< qarnım) sözü ilə türk dilində "yer səthində olan çay", "yarılmış yer", "dərə" mənasında işlənən yarıq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 1728-ci ilə aid mənbədə "el məşhur Karniyaruq" kimidir Digər adı Karvansara olmuşdur. Qarnıyarıq dağının adındandır.
Qarnıyarıq yaşayış yeri
Qarnıyarıq yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. == Ümumi məlumat == Qarnıyarıq yaşayış yeri Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində, dağ silsiləsinin çaya doğru uzanan hündür çıxıntısı üzərində yerləşir. Мədəni təbəqə uzun müddət təbii aşınmaya məruz qaldığından tamamilə dağılmışdır. Yerüstü materiallar çəhrayı və boz rəngli gil qab parçalarından, daşdan hazırlanmış əmək alətlərindən ibarətdir. Yaşayış yerinin cənub tərəfində Kolanı nekropolu yerləşir. Nekropol iki terrasdan ibarət uzunsov, ensiz təpənin üzərində salınmışdır. Qəbirlər daş qutu tipli olub əsasən dördkünc, bəziləri isə oval formalıdır. Qəbirlər yanlarda iri sal daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları çay daşları və qaya parçaları ilə hörülmüşdür. Onların üzəri bir neçə iri sal daşla qapadılmışdır.
Qarniyerit
Qarniyerit – (Ni, Mg)6 (OH)8 [Si4 O10] — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – alma kimi yaşıl, mavi çalarlı-yaşıl, otu-yaşıl, zümrüdü-yaşıl, yaşıl; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – yağlı, tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 2,2-2,7; Sərtlik – 2-2,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı; Morfologiya – kristallar: mikrolifli, mikrovərəqvari; Mineral aqreqatları: kollomorf, böyrəkvari, sıx, gizlikristallik kütlələr, qabıqlar. == Mənşəyi və yayılması == Nikelli hiperbazitlərin aşınması zamanı əmələ gəlir. Bəzən karst boşluqlarında əhəngdaşları ilə serpentinitlərin sərhədində qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: nikelli-xloritlər, talk, kvars, opal, xalsedon, vermikulit, serpentin qrupu mineralları. Mineralın tapıldığı yerlər: Yeni Kaledoniya adası; Revden və Ufaley yataqları (Rusiya); Azərbaycanda Kiçik Qafqazın ofiolit formasiyası süxurlarının aşınma qabığında və xromit filizlərində aşkar edilmişdir. == Tətbiqi == Mühüm nikel filizidir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.