Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • qastroskopiya

    qastroskopiya

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • QASTROSKOPİYA

    сущ. мед. гастроскопия (осмотр полости желудка при помощи гастроскопа)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • qastroskopiya

    is. tib. gastroscopie f

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • гастроскопия

    ...гастроскопический Метод исследования полости желудка с помощью гастроскопа, который вводят через рот и пищевод. Назначить гастроскопию.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • гастроскопический

    I см. гастроскопия; -ая, -ое. Г-ое исследование. II см. гастроскоп; -ая, -ое.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Qastroskopiya
Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir . Qastroskoplar sərt və əyilən ( yumşaq ) olmaqla iki qrupa bölünür. Əyilən qastroskoplar isə öz növbəsində fibroqastroskop və videoqastroskop olmaqla iki tipə ayrılır . Sərt qastroskoplardan artıq istifadə olunmadığından qastroskopiya deyərkən fibroqastroskopiya və ya videoqastroskopiya nəzərdə tutulur. Fibroqastroskoplar ilə müayinə zamanı görüntü okulyara ötürülür və həkim endoskopik təsviri birbaşa gözünü okulyara tutmaqla izləyir. Videoqastroskopla müayinə zamanı isə endoskopik təsvir elektron yolla monitora ötürülür . Qastroskopiya təcili və planlı oluna bilər . Təcili qastroskopiya adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimləri zamanı icra olunur. Bu zaman qastroskopiya nəinki diaqnostika , həm də müalicə məqsədi üçün ( yad cismin xaric olunması, qanaxmanın saxlanması ) icra edilə bilər. Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.
Tətbiqi fizika və tibbi diaqnostikada instroskopiya metodları
== Kitab haqqında məlumat == Mövcud tədris proqramı əsasında tərtib olunmuş “Tətbiqi fizika və tibbi diaqnostikada introskopiya metodları” adlı dərs vəsaiti texniki universitetlərin bakalavr pilləsində «Biotibbi texnologiya mühəndisliyi (Tibbi və diaqnostik üsul və cihazları)» ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. == Kitabdakı bölmələr haqqında == Texniki Universitetlərdə bakalavr təhsil pilləsi tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki Şurası “Fizika” bölməsinin qərarı ilə təsdiq olunmuş Ali Texniki məktəblər üçün “Tibbi diaqnostikada introskopiya metodları” proqramı əsasında tərtib edilmişdir. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsildə sistematik şəkildə bioloji mühitin fiziki xarakteristikaları, ultrasəsin bioloji mühitdə yayılması, müxtəlif mühitlərin sərhəddində ultrasəsin əksolunması və sınması, mühitin akustik parametrləri, akustik müqavimət və onun ultrasəsin əksolunmasına təsiri şərh olunmuşdur. İkinci fəsil rentgen tomoqrafiyası, rentgen şüaları və onların mühitdə yayılması, rentgen şüalarının təbiəti, rentgen şüalarının maddəyə, canlı orqanizmə təsiri, üçüncü fəsil isə maqnit-rezonans tomoqrafiyasına həsr olunmuşdur. == Kitabda istifadə olunan ədəbiyyat siyahısı == 1. Кореневский Н.А., Попечителев Е.П., Серегин С.П.: Медицинские приборы, аппараты, системы и комплексы: Курск, 2009, 986 с. 2. Домаркас В.И., Пилецкас Э.Л. Ултразвуковая эхоскопия. Л.: Машиностроение, 1988. 276 с. 3. Применение ултразвука в медицине: Физические основы : Пер.