Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • QLİPTOGENEZ

    сущ. геол. глиптогенез (совокупность процессов разрушения суши под воздействием температуры, ветра, воды и т.д.)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • qlottogenez

    qlottogenez

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • LİTOGENEZ

    yun. lithos – daş + yun. genesis – mənşə

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • HİSTOGENEZ

    сущ. гистогенез (совокупность закономерно протекающих в животных организмах процессов, обеспечивающих возникновение, существование и восстановление тк

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Qliptogenez
Qliptogenez (rus. глиптогенез, ing. glyptogenesis) (yun. glyptos-kəsilmiş, yonulmuş və genesis-doğulma, yaranma) – yer səthinin relyefinin formalaşmasında fəaliyyət göstərən bütün ekzogen proseslərin məcmu. XX əsrin əvvəllərində fransız alimi E.Oq tərəfindən təklif edilmiş və nadir hallarda istifadə edilən məfhum.
Litogenez nəzəriyyəsi
Litogenez nəzəriyyəsi — litologiyanın çöküntü və süxurəmələgəlmənin ümumi qanunauyğunluqlarını əhatə və şərh edən ümumiləşdirici bölməsi. Litogenezin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bir neçə konsepsiyası irəli sürülmüşdür. Pustovalova (1940) görə əsas prinsip maddələrin miqrasiya yollarında müxtəlif qruplara ayrılmasıdır. Belə ki, qırıntı hissəciklər üçün onların parçalanmasının əsas səbəbi ölçü və xüsusi çəkilərinin fərqlənməsi, həll olmuş maddələr üçün isə kimyəvi xassələrin fərqidir. Maddələrin kimyəvi diferensiasiyası mexaniki diferensiasiyasının son mərhələsində başlayır və davam edir. diferensiasiyanın gedişində orqanizmlər heç bir rol oynamır, yalnız prosesi bir qədər sürətləndirə bilər. Pustovalov hesab edir ki, çökmə diferensiasiyasının gedişi planetar xarakterlidir. Lakin bu nəzəriyyədə diagenez mərhələsinə fikir verilməmiş, vulkanogen-çökmə litogenezin spesifik xüsusiyyətləri, ümumiyyətlə, nəzərdən keçirilməmişdir. Straxovun (1956) təklif etdiyi litogenez nəzəriyyəsində Yer səthində çöküntü süxurəmələgəlməsində 4 litogenez tipi fərqləndirilir; buz, humid, arid və vulkanogen-çökmə. Bu tiplərin hər biri, geoloji keçmişdə olduğu kimi, Yer səthində qanunauyğun yerləşmişdir.