Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • qliptoteka

    qliptoteka

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • QLİPTOTEKA

    сущ. глиптотека (собрание произведений скульптуры или глиптики)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • глиптотека

    -и; ж. (от греч. glyptós - вырезанный и th'ēkē - хранилище, ящик) Собрание резных камней, произведений скульптуры; музей скульптуры.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Qliptotek (Münhen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları - "eginetlər" və s. daxildirlər. == Binası == Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir.Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir.Binanın girişində on iki ionik sütun vardır.Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.Binanın qərb və şərq tərəflərində renessans dövrünə aid heykəllər düzülmüşdür. ll Dünya müharibəsində bina tam dağılmış,1972-ci ildə yenidən qapılarını tamaşaçıların üzünə açmışdır. 1820-1830-cu illərdə Peter Kornelius tərəfindən yaradılmış məşhur qədim yunan tanrılarına həsr edilmiş freska tamamilə itib batmışdır. Yalnız məxsusi kiçik fresko fraqmentləri və eskizləri Berlin milli qalereyasında saxlanılır.Müharibədən sonra 1864-cü ildə fon Klense tərəfindən yaradılmış Assuriya zalı və daxili bağça da bərpa edilməmişdir.