Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Roberto Kisling
Roberto Kisling (ing. Roberto Kiesling; 1941, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Roberto Kisling toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == M. Perea, O. Ferrari, M.L. Las Penas, R. Kiesling. 2009. Eine new, rot bluhende Gymnocalycium-Art aus Catamarca. Kakteen und Andere Sukkulenten 60 (2) 35 — 42. N. Muruaga, Р. Figueroa, R. Kiesling. 2008. Circunscripción de Rebutia minuscula (Cactaceae, Cactoideae).
Rislinq
Rislinq (ing. Riesling) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Almaniyada yetişdirilir. Yetişdirilməsi üçün sərin iqlimə ehtiyacı var. Bu üzümdən hazırlanan şərab həm şirin, eyni zamanda kəm turş olması ilə seçilir.
Ceyms Qoslinq
Ceyms Qoslinq (ing. James Gosling; 19 may 1955, Kalqari, Alberta) — Java proqramlaşdırma dilinin yaradıcısı. == Həyatı == Ceyms Qoslinq 1955-ci il, 19 may tarixində Kanadada dünyaya gəlib. Albert Universitetini bitirib və təhsilini 1983-cü ildə kompüter elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldığı Karnegi-Mellon Universitetində davam etdirib. C. Qoslinq 1984-cü ildə "Sun Microsystems" şirkətində çalışmağa başlayır. O, proqramlaşdırma sahəsində xüsusi qabiliyyəti və istedadı sayəsində tezliklə kompaniyada nüfuz qazanır. 90-cı illərdə "Green Team" adı ilə tanınan "Sun" firmasının əməkdaşlarından ibarət qrupun tərkibində müxtəlif "ağıllı" məişət elektrik maşınları və cihazlarının proqramlaşdırılması üzərində işləməyə başlayır. Qoslinq o vaxta qədər artıq "UNIX" üçün pəncərə interfeysi – "cNacs" və "News" redaktorunu hazırlamışdı. Nəhayət, Ceyms Qoslinq öz komandası ilə birlikdə xüsusi səylə hazırda "Java" adlandırdığımız proqramlaşdırma dilinin üzərində çalışmağa başlayır. "Sun Microsystems" şirkəti tərəfindən təqdim olunan obyektyönlü "Java" proqramlaşdırma dili struktur və sintaksisinə görə "C" proqram dilinə çox yaxın idi.
Nik Uillinq
Nik Uillinq (ing. Nick Willing; 1961, London) — Böyük Britaniya rejissoru, ssenari müəllifi və prodüseridir.
Rayan Qoslinq
Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Bioqrafiya == Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub. Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı, anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir. Onun atası Kanadalı-fransızdır. Qoslinqin valideynləri dini baxımdan mormon idilər və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib. Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər və buna görə də Rayan Kornuollda və Börlinqtonda yaşayırdı. O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.
Guiding light (1952)
Guiding light adlı teleserial 1937-ci ildə “NBC” radiosunda efirə çıxıb. 1952-ci ildə isə teleserialın televiziya versiyası yaradılıb. Nümayiş olunduğu dövrdə teleserial 357 dəfə müxtəlif mükafatlara namizəd göstərilib, 94 dəfə mükafat alıb. Bu sırada nüfuzlu “Daytime Emmy Awards” mükafatı da var. Bu serial ən uzunömürlü teleserial kimi Ginnesin rekordlar kitabına da düşüb. Serialda Kevin Beykon, Kalista Flokxart və Ceyms Erl Cons kimi aktyorlar çəkilib. Serialın ssenari müəllifi keçmiş müəllimə İrna Vilipsdir. Son illər teleserialın auditoriyasının azalması meyli müşahidə olunub. 2009-cu ilin aprelində reytinqin azalması səbəbindən teleserialın son bölümünün 18 sentyabrda nümayiş olunacağı bildirilib.