Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurdboğan kəpənəkçiçək
Qurdboğan kəpənəkçiçək (lat. Aconitum lycoctonum) - kəpənəkçiçək cinsinə aid bitki növü.
Quruboğaz
Quruboğaz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuş, Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra - 15 mart 1972-ci ildən sonra Abaran rayonunun inzibati - ərazi bölgüsündən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir. Toponim türk dilində «bitkisiz, çılpaq, yaşıllıqsız», «quru daşlı düzənlik» mənasında işlənən quru sözü ilə Azərbaycan dilində «dərələrin, çayların baş tərəfi, çay ağzı», «iki dağ arasındakı dar keçid»mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. === Quruboğaz dağı === Quruboğaz İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda dağ. Abaranın şimal-şərqində yerləşir. Oronim Azərbaycan dilində «bitkisiz, çılpaq, yaşıllıqsız» mənasında işlənən quru sözü ilə, iki dağ arasındakı dar keçid», «keçid» mənasında işlənən boğaz sözünün birləşməsindən əmələ gəlmişdir. «Boğaz» sözü həm də «dar yer» mənasında işlənir. Quruluşca mürəkkəb oronimdir.
Gündoğan
Kənduvan (fars. کندوان‎) və ya Gündoğan (az.-əbcəd گۆندوْغان‎) — İranın Şərqi Azərbaycan ostanında tarixi, tanınmış, görməli və turistlərə maraqlı olan kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Üskünün 18 kilometrliyində yerləşir. Kəndin evləri qayalar içində tikilmişdir. Kənduvanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində var. Kənduvan kəndində daha çox turist cəlb etmək için qayalar içində gözəl hotellər də tikilmişdir. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalının dili Azərbaycan dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır.
İlkay Gündoğan
İlkay Gündoğan (24 oktyabr 1990, Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — La Liqa təmsilçisi "Barselona" klubunda çıxış edən Almaniya futbolçusu, Almaniya milli futbol komandasının üzvü.