Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quzugötürən
Quzugüdən
Quzugüdən (Sərdarabad)
Quzugüdən (Sərdarabad)
Quzugüdən — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-şərqdə Araz çayının yaxınlığında yerləşir. Kəndin ilkin, qədim adı Quzukutan olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Kəndin adı Quzugüdənli formasında qeyd edilir və göstərilir ki, "Kəndin əhalisi mürsəlli camaatındandır". Erməni mənbələrində kəndin adı Ğuzigedən, Ğuzigedan, Kuzikutan formalarında, Qafqazın 5 verstlik xəritəsində Kuzikuden formasında qeyd edilmişdir. == Toponimi == Toponim əfşar türk tayfasından olan quzugüdənli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ayqeşad qoyulmuşdur.
Quzugüdən (İğdır)
Quzugüdən — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1928-ci ildən bu adı daşıyır. == Əhalisi == 1886-cı ilo məlumatına görə kənddə 218 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 16 km uzaqlıqdadır.
Güngörən
Güngörən — İstanbul ilinin ilçəsi. İlçənin qərb hissəsi Paşaeli yarımadasında yerləşir. İstanbulun ən kiçik ilçəsidir. İlçənin sahəsi 8,39 km²-dir. 3 iyun 1992-ci ildə ayrıca ilçə adını qazanan Güngörən, şərqdə Zeytunburnu, cənubda Əsənlər və qərbdə Bağçalıevlər ilə qonşudur. 11 məhəllədən ibarət ilçəyə bağlı kənd yaşayış məntəqələri yoxdur. == Tarixçəsi == === Bombalı terror aktı === 27 iyul 2008-ci ildə ilçədə iki bomba hücumundan sonra 17 nəfər ölmüş, 154 nəfər yaralanmışdır. Hücumlardan istifadə edilən bombaların RDX (plastik partlayıcı) olduğu bildirilsə də, hadisələrdə TNT-dən istifadə edilmişdir. PKK bu partlayışlardan sonra şübhəli bilindi. Kongra-Gel terror hücumlarının, PKK tərəfindən həyata keçirilmədiyini iddia etdi.
Seyfi Düzgörən
Seyfi Düzgörən (1880, Konstantinopol – 27 dekabr 1948, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir.20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 172.