Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. == Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri == 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı === Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri === Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi.Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.