Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Regular Show
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.