Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Restoran
Restoran (fr. restaurer, bərpa etmək, yenilətmək deməkdir) — sifariş əsasında hazır yemək və içki təqdim edən, yüksək xidmət səviyyəsinə malik yeməkxanadır. Burada müxtəlif çeşidli yeməklər təqdim olunur. Onlar qonaqlar üçün müxtəlif stollardan və ya otaqlardan ibarət olur. Restoranlar həm arxitektur görünüşünə, həm də interyerinə görə fərqlənirlər. Restoran adlı yeməkxanalar ilk dəfə olaraq 18-ci əsrdə Fransada yaranmışdır. 1765-ci ildə Parisdə yaradılmış ilk restoranda Bulanje (Boulanger) adında şorba verilirdi. Bizə məlum olan restoran görünüşündə (qonaqlar ayrı-ayrı stollarda əyləşmir, yeməyi menyüdən seçir, işləmə vaxtı qaydaya əsasən aparılır) ilk yeməkxana 1782-ci ildə Bovilye (Beauvilliers)adında fəaliyyət göstrməyə başlamışdır Sonralar eyni adlı yeməkxanalar dünyanın bütün ölkələrini bürüyür. Burada yerli yeməklərlə bərabər, xarici mətbəxlərin yeməkləri də təqdim olunur.
Retired from Sad, New Career in Business
Retired from Sad, New Career in Business — amerikalı müğənni Mitskinin ikinci studiya albomu. Mitski albomu SUNY-də sonuncu kursda oxuyarkən tələbə layihəsi kimi hazırlayıb. Albom 1 avqust 2013-cü ildə işıq üzü görmüşdür. Albomun hazırlanmasında 60 nəfərlik tələbə ansamblının iştirakı da olub. "Square" treki istisna olmaqla albomdakı hər bir mahnının musiqi videosu və hekayəsi var. 2020-ci ilin mayında albomun "Strawberry Blond" mahnısı TikTok sosial şəbəkəsində populyarlıq qazanmışdır. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.
Markus Reşford
Markus Reşford (d. 31 oktyabr 1997; Mançester, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində hücumçu mövqeyində çıxış edən ingilis futbolçu. == Həyatı == Markus Reşford 31 oktyabr 1997-ci ildə Mançester şəhərində anadan olmuşdur. Yeddi yaşından bəri Mançester Yunayted futbolçusudur. O, UEFA Avropa Liqasında, Premyer Liqada (Arsenala qarşı), Mançester derbisində və Liqa Kubokunda debüt oyunundaca fərqlənməyi bacarıb. Reşford 2016-cı ilin mayında milli komandanın heyətində də ilk oyununda fərqlənməyi bacarmış, nəticədə öz debüt matçında qol vuran ən gənc ingilis futbolçu olaraq tarixə keçmişdir. İngiltərə milli yığması ilə birlikdə UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Klub karyerası == Mançesterdən olan Markus Rushford 5 yaşından yerli komandada çıxış edir, əvvəllər Ues Braun , Denni Uelbek , Ravel Morrison , Zeki Frayers , Cessi Linqard , Tayler Bleket və Kemeron Bortvik kimi oyunçuların çıxış etdiyi yerli komanda Fletçer Moss Reyncersdə çıxış edir. Cekson . "Everton" , " Liverpul " , "Mançester Siti" və "Mançester Yunayted" akademiyaları Rashfordla maraqlanırdı.".
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi