Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rayan O'Şounessi
Rayan O'Şounessi (irl. Rían Ó Seachnasaigh; d. 27 sentyabr 1992, Raş, Dublin, İrlandiya) — İrlandiya müğənnisi və bəstəkarı. O, Böyük Britaniyanın Britain's Got Talent məharət yarışmasındakı iştirakı ilə şöhrət qazanmışdır. O'Şounessi ifa etdiyi "Together" mahnısı ilə İrlandiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Rayan O'Şounessi 27 sentyabr 1992-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Raş qəsəbəsində anadan olmuşdur. Rayanın özündən böyük Qreham adlı qardaşı və Epril adlı bacısı var. O, Dublin Texnologiya İnstitutunda musiqi təhsili almışdır. Rayan gitara, piano və saksofonda ifa edə bilir və eyni zamanda fərqli müğənnilər üçün mahnılar da bəstələyir. Rayanın dayısı Qeri O'Şounessi "Without Your Love" mahnısı ilə İrlandiyanı 2001 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Together (Rayan O'Şounessi mahnısı)
Together (azərb. Birlikdə‎) — İrlandiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Rayan O'Şounessi "Together" mahnısı ilə İrlandiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçı Rayan O'Şounessi və eyni zamanda Mark Kaplis və Laura Elizabet Hyucs tərəfindən bəstələnmişdir.