Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürüngəc
Sürüngəc çarxqollu-sürüngəc mexanziminin tərkib hissəsi olub, dəyişməz irəli-geri hərkəti icra edir. Sürüngəc porşen və sürgü qolunu birləşdirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmində birləşmə üçün oxdan istifadə olunur. Belə birləşmə porşeni normal yükləmədn azad edir, çünki onun təsiri sürüngəcə ötürülür. Sürüngəcin tətbiqi ilə silindrdə porşenin altındakı boşluğu böyütmək mümkündür. Bu halda ox silindrin aşağıdakı qapağındakı kipləşdiricidən keçir və onun hermetikliyini artırır.
Şüaüzgəcli balıqlar
Şüaüzgəclilər (lat. Actinopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Müasir balıqların 20 000-dən çox və ya 95% növü bu yarımsinifə daxildir. Şüaüzgəclilər əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifidir. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeonis­cum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoy və kaynozoy dövrlərində bütün su hövzələrində üstün­lük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur. == Ümumi xarakteristika == Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir. Müasir şüaüzgəclilər 35 dəstədən ibarətdir.