Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarı xan Səhəndli
Sarı xan Səhəndli — Səfəvi imperiyasında xidmət etmiş güclü türk-qızılbaş sərkərdələrindən biri. Səhəndli tayfasına mənsub olan Sarı xan 1682-ci ildən 1691-ci ilə qədər qorçubaşı vəzifəsində xidmət etmişdir. 1690-cı ildə o, kürd tayfalarından biri olan Zəngənələrdən 40 nəfəri qətlə yetirdi. Zəngənə tayfasından olan Şahqulu xan Zəngənə buna görə Səfəvi şahı I Süleymana (1666–1694) Sarı xandan şikayət etdi və bildirdi ki, o, belə etməklə onun mərhum atası Şeyxəli xan Zəngənənin ruhunu təhqir etmişdir. Lakin I Süleyman Sarı xan Səhəndli ilə yaxşı münasibətləri olduğu üçün onu bağışladı və vəzifəsində saxladı. Lakin 1691-ci ildə hər şey dəyişdi. I Süleyman bibisi Məryəm Bəyimlə onun münasibətinin olduğunu öyrəndikdən sonra əmr verərək Sarı xanın başını kəsdirdi.
Sərəngi
Sərəngi (hind सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. == Alətin quruluşu == Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş-- 2 oktavaya qədərdir.
Pələngli (Pərsabad)
Pələngli (fars. پلنگلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 789 nəfər yaşayır (131 ailə).
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Qaz nəhəngi
Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir. Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər. Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.
Rodos Nəhəngi
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Rodos nəhəngi (Dali)
Rodos nəhəngi — İspaniya sürrealist rəssamı Salvador Dalinin 1954-cü ildə yağlı boya ilə çəkdiyi rəsm əsəri. Bu, 1956-cı ildə yayımlanan "Dünyanın yeddi möcüzəsi" sənədli filmi üçün Dalinin çəkdiyi və möcüzələrdən hər birini təsvir edən yeddi rəsmdən ibarət seriyaya daxildir. Rəsm yunan mifologiyasındakı titanlardan biri olan günəş tanrısı Heliosu təsvir edən qədim Rodos nəhəngi haqqındadır. 1981-ci ildə Bern İncəsənət Muzeyinə hədiyyə edilən rəsm filmdə heç vaxt istifadə olunmamışdır və hələ də muzeydə nümayiş etdirilir. Dalinin səyləri nəticəsində sürrealizm hərəkatının çiçəklənməsindən iyirmi il sonra çəkilmiş bu rəsm Dalinin avanqard janrından meynstrim istiqamətə keçidini ifadə edir. 1940-cı ildə ABŞ-yə köçdükdən sonra maliyyə problemlərinin təzyiqi altında qalmış və Hollivud heyranlığından təsirlənən Dali diqqətini şüursuzluq və qavrayış ilə bağlı əvvəlki araşdırmalarından yayındıraraq tarixi və elmi mövzulara keçmişdir. Dalinin şərhinə Britaniya muzeyində heykəltaraş və konservator olan Herbert Merionun 1953-cü ildə yazdığı məqalə təsir etmişdir. Merion tarixi heykəlin döyülmüş tunc lövhələrdən ibarət olduğunu və limanın üstündə deyil, yanında olduğunu irəli sürmüşdür. O, həmçinin heykələ sabit ştativ bazası vermək üçün asma pərdənin istifadə edildiyini təklif etmişdir. Bütün bu elementləri Dali bir araya gətirmişdir.
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şəhərli Biçinçilər (1986)
== Məzmun == Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. == Film haqqında == Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Şəhərli biçinçilər (film, 1986)
== Məzmun == Müasir mövzuda çəkilmiş bu film kəndlə şəhərin aktual məsələlərinə həsr olunmuşdur. Film həmçinin kənddən şəhərə köçdükdən sonra el adət-ənənələrini unudanlardan bəhs edir. == Film haqqında == Film rejissor Hüseyn Mehdiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.