Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.