Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənətşünas
Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, onların həyata münasibətini, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusu. Sənətşünaslıq həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir.
Kamal Həsənov (sənətşünas)
Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib. Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib. Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır. 16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir.
Nigar Axundova (sənətşünas)
Nigar Vəli qızı Axundova (27 may 1953, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). 1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999; Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/.
Ziyadxan Əliyev (sənətşünas)
Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı. Əməkdar incəsənət xadimi. Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Kərim Kərimov (sənətşünas alim)
Kərim Cabbar oğlu Kərimov (20 sentyabr 1921, Naxçıvan, Naxçıvan İŞC – 25 iyun 1995, Bakı) ― sənətşünas alim, professor (1975), sənətşünalıq doktoru (1971), AMEA-nın müxbir üzvü (1980). == Həyatı == Kərim Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsi iştirakçısı kimi 1939–1946-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 1946–1951-ci illərdə Bakı Dövlət Universitetinin Sənətşünaslıq bölməsində ali təhsil alıb. == Əmək fəaliyyəti == 1951-ci ildə AMEA Memarlıq və İncəsənət İnstitutuna gələn gənc mütəxəssis Kərim Kərimov ömrünün sonuna kimi həmin institututda müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1971–1995-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, 1973–1993-cü illərdə elmi işlər üzrə direktor müavini, 1993–1995-ci illərdə isə direktor vəzifəsində işləyib. Habelə 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Kərim Kərimov 1982–1992-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra edib. Kərim Kərimov 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilib. O, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və b. şura və komissiyaların üzvü olub.
Sənətşünaslıq
Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, onların həyata münasibətini, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusu. Sənətşünaslıq həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir.
Sənətşünaslıq doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Fəlsəfə doktoru (PhD; lat. philosophiae doctor və ya doctor philosophiae; ing. Doctor of Philosophy) — elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə. Fəlsəfə doktoru elmi dərəcəsi müvafiq ali məktəbin magistratura pilləsini bitirmiş, müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə vermiş, alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada dissertasiya müdafiə etmiş şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya aktual elmi məsələnin yeni həllini verən və müəyyən bilik sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yetkin elmi tədqiqat işi olmalıdır.