Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tomas Sercent
Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[…], Pasadena, Kaliforniya) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır. 1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.