Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıkök
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Leyla Qamsız Sarptürk
Leyla Qamsız Sarptürk (d. 1921; İstanbul - ö. 2010, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Leyla Qamsız Sarptürk 1921-ci ildə İstanbulda anadan olmuşdu. Anası köçəri, atası isə vərəm xəstəliyi sahəsində ixtisaslaşan həkim olmuşdur. Atası işinə görə Anadoluda yaşayırdı. Qamsız ibtidai məktəb təhsilinə pansionda başlamışdır. Orta təhsilini Erenköy Qızlar Məktəbində, tam orta təhsilini isə Sivasda davam etdirmişdir. Müəllimləri onun rəssamlıq qabiliyyətini hələ erkən yaşlarında aşkar etmişdilər, amma onun ən böyük uğuru məktəbdə Əşrəf Ürenin tələbəsi olması olmuşdur. Əşrəf Üren 1984-cü ildə özündən sonra yüzlərlə əsər qoyaraq əbədi şəkildə həyata gözlərini yuman rəsm müəllimi, rəssamlıq və incəsənətin bir çox sahəsində fəaliyyət göstərən peşəkar bir sənətkar idi.
Sabahat Ərdoğan Sarıtaş
Sabahat Ərdoğan Sarıtaş (1988, Siirt ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Sabahat Ərdoğan Sarıtaş 1988-ci ildə Siirt ilində anadan olub. Qadın hüquqları müdafiəçisi olaraq tanınır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 1 uşaq anasıdır.
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Sarı Saltuk
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osman. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. == Tarixi şəxsiyyəti == XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor ).
Sarısu (Beyləqan)
Sarısu — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Sarısu (Göygöl)
Sarısu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sarısu oyk., sadə. Beyləqan r-nunda qəsəbə. Düzənlikdədir. Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqəsi Mil düzündəki Sansu adlı göllər qrupunun adı ilə adlandınlmışdır; Göygöl r-nunda kənd. Sarısu çayının sahilində, dağətəyi ərazidədir. Kənd Kürəkçayın sağ qolu olan Sarısu çayının adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 448 nəfər əhali yaşayır.
Sarısu (Puldəşt)
Sarısu (fars. ساري سو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (42 ailə).
Sarısu (göl)
Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü olub, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.
Sarısu bələdiyyəsi
Sarısu bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Sarısu bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Sarısu gölü
Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü olub, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.
Artuk bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur. Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir. Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. == Həyatı və karyerası == Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Muan-Sartu
Muan-Sartu (fr. Muan-Sartu) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 13,52 km², əhalisi 10 203 nəfərdir (2006) artım tendensiyası ilə: 10 214 nəfər (2012), əhalinin sıxlığı 755,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 10 274 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 10 214 nəfər.
Sarısu bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarısu bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.