Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır: Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası, Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s. == Ədəbiyyatda semiotika == Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.
Demotik
Demotik, eramızdan əvvəl VII əsrdə Misirdə danışılan və Misir dilinin inkişaf mərhələlərindən birini əks etdirən bir dildir. Demotik söz və qrammatika baxımından Yeni Krallıq dövründə istifadə edilən Yeni Misir dilindən olduqca fərqlidir. Demotik həm də Aşağı Misirin bir ləhcəsi sayılır. Demotik yazışmada demotik yazı istifadə olunsa da, digər yazı növlərində də günümüzə qədər gəlib çatmış demotik mətnlər də mövcuddur.
Variant
Variant (fr. variante, lat. varians, variantis — dəyişən, dəyişilən) — sənədin, qərarın və ya fəaliyyətin mümkün bir neçə formasınadn biri. Həmçinin hansısa sözün, cümlənin formalarından biri.
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Simbiotik ulduzlar
Simbiotik ulduzlar — Normal ulduzlar parlaq kontinuum və udulma xətlərinə malik çox sadə spektrə malikdirlər. Lakin elə ulduzlar var ki, onların spektrləri çox mürəkkəbdir. Elə ulduzlar vardır ki, onların spektri iki müxtəlif tip ulduzun xüsusiyyətlərini özündə cəmləşdirir. Ola bilsin ki, bu cür ulduzlar, kifayət qədər bir-birinə yaxın olan iki tamamilə müxtəlif tip ulduzdan təşkil olunmuş, qarşılıqlı təsirdə olan qoşa sistemlərdir. Simbiotik ulduz, bir növ ikili ulduz növüdür. Ümumiyyətlə biri ağ cırtdan olub, digəri isə qırmızı nəhəngdir. Bunlar qırmızı nəhəng (~ 3000 K) və ağ cırtdan (~ 20 000 K) arasındakı yüksək istilikli spektral xətlərin genişlənməsi ilə göstərilir. Ağ cırtdan, qırmızı nəhəng və ya cazibə axışından gələn ulduz küləklərindən kütlə qazanar. Simbiotik ulduzlar, ulduzların təkamülü haqqında məlumat əldə etmək üçün astronomiya alimlərinin marağını çəkir. Sistem içində olan unikal ulduzların daxili quruluşu dinamiki səbəbiylə ulduz küləyi, ionlaşdırıcı buludlar inkişafında mühüm rol oynayır.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Variant (şahmat)
Variant — Şahmat termini Məntiqi cəhətdən birləşən gedişlər seriyasıdır.
Üçüncü variant (roman)