Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevgililər günü
Sevgililər günü kimi də tanınır. Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən Katolik xristianların inancına görə bayram edilən tarixi gün. == 14 Fevral tarixi == Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.