Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aseptik meningit
Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur.Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür. == Etiologiyası == Etiologiyasına görə aseptik meningit 2 növ olur: yoluxucu və qeyri-infeksion. Bu günə qədər diaqnozun qoyulmasında bütün irəliləyişlərə baxmayaraq, dəqiq etiologiya yalnız 30-65% hallarda müəyyən edilə bilib. Qalan etiologiyası naməlum hallar "idiopatik" kimi adlanır. Yoluxucu səbəblər baxımından ən çox yayılmış agent virusdur, həmçinin bakteriyalar, göbələklər və parazitlər də daxildir. Xəstəliklərin yarıdan çoxu enteroviruslar tərəfindən törədilir (məs. Koksaki virusu), sonra herpes simplex-2 virusu, Qərbi Nil və suçiçəyi virusları.
Seltik FK
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. == Tarixi == == Rəqabətləri == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.
Seltik Park
Seltik Park (ing. Celtic Park) — Qlazqo şəhərində yerləşən futbol stadionu. Seltik futbol klubuna məxsusdur. Seltik azarkeşləri arasında Paradise (Cənnət) deyə bilinir. Şotlandiyada ən böyük futbol stadionudur. Tutumu 60.830 nəfərdir.
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.