Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
IF statement
IF deyimi (şərt deyimi)-( en. - IF statement - ru. условный оператор ~ tr.koşul deyimi)– Bul ifadəsi doğru olduqda proqramın müəyyən blokunun yerinə yetirildiyi idarəedici deyim. Şərt deyimi çox zaman aşağıdakı formada olur: IF <şərt> THEN <operand>, burada <şərt> – Bul ifadəsi, <operand> isə <şərt> doğru olduqda yerinə yetirilən operanddır. Proqramlaşdırma dillərinin əksəriyyətində vacib olmayan ELSE açar sözü var ki, o da yalnız <şərt> yalan olduqda yerinə yetirilən operandı təyin edir. Aşağıda Java dilində IF deyiminə sadə bir nümunə verilib: if (price == 0) { System.out.println (“Price can’t be equal to zero!”); } Bu misal isə daha praktikdir: if (hours <= 40) { pay = hours * wage; System.out.println(“No overtime hours”); } else { overtime = hours – 40; pay = wage*40 + 1.5*wage*overtime; System.out.println(“Overtime paid”); } C, C++, Java və C# dillərində tez-tez if (x == 5) əvəzinə if (x = 5) kimi, yaxud buna bənzər yanlış yazılışlara rast gəlinir. Burada x = 5 yazılışı x dəyişəninə 5 qiymətinin mənimsədilməsini göstərir. Doğrudur, bəzi kompilyatorlar IF deyiminin içərisinə komanda qoyulmasına “etirazını bildirəcək”, ancaq bu, C dilində qaydalara uyğundur (və əgər mənimsədilən qiymət sıfır deyilsə, şərt həmişə doğru olacaq). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.