Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çubuxlu
Çubuxlu (Loru) — Loru mahalında kənd. Çubuxlu (Göyçə) — Göyçə mahalında kənd. Çubuqlu — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Çubuxçu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Çubuxlu (Göyçə)
Çubuxlu — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə, Göyçə gölünün yanında, İrəvan-Dilican yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzovagyuğ (Gölkənd) qoyulmuşdur.
Çubuxlu (Loru)
Çubuxlu, Pakrovka, Kuybışev — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km qərbdə yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında əmələ gəlmişdir. Anadoluda Çubuk və oğulları yaşamışdır. F.Sümər "Çubukun qəti olaraq türkmən olduqların" qeyd edir. Deməli, çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Tayfa öz izini indi Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub saxlamışdır.Etnotoponimdir.Quruluşca sadə toponimdir.Kəndə ruslar köçürüləndən sonra (1830–40-cı illərdə), 1840-cı ildə adı dəyişdirilib Pakrovka qoyulmuşdur. Erm SSR AS RH-nin 4.V.1939-cu il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək inqilabçı V.V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra buraya XIX əsrin əvvəllərində ruslar köçürülmüşdür.